Vakansiyalar

Yelo Bank işçilər axtarır - VAKANSİYA

Siz elektron poçtun “mövzu” yerinə “hazırda İnformasiya Texnologiya Şöbəsi / Sistem İnzibatçısı” qeyd etməklə öz tərcümeyi-hallarınızı (cv-lərinizi) jobs@yelo.az ünvanına göndərə bilərsiniz.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.yelo.az

Struktur: İnformasiya texnologiya şöbəsi
Vəzifə: Sistem inzibatçısı
Bilavasitə tabeçiliyi: Departament rəhbəri

Bizi Telegram-dan izləyin! https://t.me/s/enaxeber

Vəzifə öhdəlikləri:

• Windows və Linux sistemlərinin qurulması və sazlanması;
• Sistemin saxlanılması, sistemin ehtiyat nüsxələrinin yaradılması, sistemin məhsuldarlığının monitorinqi;
• Sistemlərə texniki dəstək və istifadə təlimatların hazırlanması, sistemlərin modernləşdirilməsi, yenilənməsi və miqrasiyası;
• Sistemin təhlükəsizliyinin qorunması;
• Bütün sənədlərin sistem tələblərinə uyğun hazırlanması və vaxtaşırı qiymətləndirilməsi, testlərin keçirilməsi;

Tələblər:

• Windows sistemlərini MCP və Linux sistemlərini RHCE səviyyəsində bilmək;
• Bash və PowerShell scripting ilə iş təcrübəsi;
• Active Directory, MS Exchange quraşdırma, konfiqurasiya və xidmət göstərilməsi uzrə iş təcrübəsi;
• Saxlanc və yedək cihazları ilə iş təcrübəsi;
• VMware və Hyper-V virtualizasiya mühitlərinin layihələndirilməsi, həyata keçirilməsi və dəstəklənməsi üzrə iş təcrübəsi;
• Kompüter şəbəkələri haqqında ümumi biliklər (TCP/IP, HTTP/HTTPS, Load Balancers, Proxies);
• İstehsalat serverlərində xidmətlərin yaradılması və monitorinqin aparılması;
• Əla təşkilatçılıq, analitik düşüncə və müstəqil problem həll etmə bacarıqları.

İş müddətində əldə edəcəksiniz:

• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
• Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun əməkhaqqı və iş qrafiki
• Korporativ idarəetmə, bank işi və müvafiq istiqamət üzrə peşə bilikləri

***

Siz elektron poçtun “mövzu” yerinə “Mikro kreditlər üzrə kiçik mütəxəssis, mütəxəssis, aparıcı mütəxəssis və baş mütəxəssis” qeyd etməklə öz tərcümeyi-hallarınızı (cv-lərinizi) jobs@yelo.az ünvanına göndərə bilərsiniz.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.yelo.az

Struktur: Mikro kreditlər departamenti
Vəzifə: Kiçik mütəxəssis, mütəxəssis, aparıcı mütəxəssis və baş mütəxəssis
Bilavasitə tabeçiliyi: Departament rəhbəri

Vəzifə öhdəlikləri:

• Biznes müraciətlərinin təhlili;
• Təhkim olunmuş kredit portfelinin idarə edilməsi;
• Biznes görüşlərinin təşkili;
• Müştəri şəbəkəsinin genişləndirilməsi.

Tələblər:

• Ali təhsil;
• Ünsiyyət qurmaq bacarığı;
• Riyazi biliklər;
• Komandada işləmək bacarığı.

İş müddətində əldə edəcəksiniz:

• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
• Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun əməkhaqqı və iş qrafiki
• Korporativ idarəetmə, bank işi və müvafiq istiqamət üzrə peşə bilikləri

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department