MALİYYƏ

Bitcoin tarixi rekordu yenilədi

Bu gün keçirilən hərraclarda bitkoinin məzənnəsi yeni tarixi rekord vurub.

ENA.az “CoinMarket Cap”-a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 17.00-a olan vəziyyətə görə bitkoin 21,34 % bahalaşaraq 43 309 ABŞ dollarından, ən böyük kriptovalyuta birjası olan “Binance”da isə 10,71 % bahalaşaraq 43 057 ABŞ dollardan satılıb.

Bundan əvvəl tanınmış iş adamı İlon Maska məxsus “Tesla” şirkəti ABŞ İstiqrazlar və Birjalar Komisiyasında (SEC) cari ilin yanvar ayında sərmayə siyasətinə gətirdiyi dəyişikliklər çərçivəsində bitkoinə 1,5 milyard ABŞ dolları məbləğində sərmayə yatırdıqlarını açıqlayıb: “Biz həmçinin müvafiq qanunlara uyğun olaraq, ilk vaxtlarda məhdud çərçivədə yaxın vaxtlarda bitkoini məhsullarımızın haqqını ödəmə vasitəsi kimi qəbul etməyə başlamağı nəzərdə tuturuq”.

Qeyd edək ki, bitkoinin əvvəlki rekord göstəricisi yanvarın 8-də 41 950 ABŞ dolları olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)