Vakansiyalar

Aqrar İnnovasiya və Təchizat Şirkəti işçi axtarır - MAAŞ 1200-1500 MANAT

Vəzifə: Data Analitik

Tələblər:

• İqtisadiyyat və ya Tətbiqi riyaziyyat sahəsində ali təhsil;
• Biznes analitika, marketinq analitikası və ya data analitika sahəsində 2-3 illik iş təcrübəsi;
• Statistik modelləşdirmə, analiz və proqnozlaşdırma metodlarını bilməli
• Datanın emal edilməsi və strukturlaşdırılmasını yüksək səviyyədə bacarmalı
• MS Excel, Power BI, SPSS proqramlarında və ya Python/R dilləri ilə yaxşı səviyyədə işləməyi bacarmalı
• SQL bazaları ilə yaxşı səviyyədə işləməyi bacarmalı
• Tableu, Data Studio və ya digər vizualizasiya proqramları ilə yaxşı səviyyədə işləməyi bacarmalı

Bizi Telegram-dan izləyin! https://t.me/s/enaxeber

Öhdəliklər:

• Məlumat bazalarından əldə ediləcək statistik datanı davamlı əsaslara təmizləyir, strukturlaşdırır və vizuallaşdıraraq, mütəmadi hesabatlar təqdim edir;
• Data modelləşdirmə və statistik metodlardan istifadə etməklə tapşırığa əsasən müvafiq ticari proseslərin əlaqələndirilməsi, zəif nöqtələrin və imkanların aşkarlanması, kanalların və xərclərin səmərəliliyi üzrə araşdırma edir;
• Davranış modellərinə əsasən bazarın və satışıların, qiymətlərin və s. dinamikası üzrə proqnozlar tərtib edir;
• Müvafiq mürəkkəblik səviyyəsində qabaqcıl analitik modelləri inkişaf etdirmək və biznesin yaxşılaşdırılması üçün həll yolları təklif etmək;
• Biznesdə maraqlı tərəflərin sorğularını şərh etmək və biznes problemləri üzrə həll olunan məlumat bazaları hazırlamaq, uyğun metodologiyanı seçmək və düzgün istifadə etmək bacarığı;
• Biznes problemlərini həll etmək üçün sürətlə təkmilləşdirilən modellərlə işləmək;
• Əla ünsiyyətqurma və məlumatı vizuallaşdırma bacarıqları, məsələn: əldə olunan nəticələri təqdim etmək üçün uyğun ünsiyyət və vizual dizayn seçimlərini müəyyən etmək qabiliyyətinin olması.

İş şərtləri:

- 6 günlük iş qrafiki
- Ünvan: Ə.Rəcəbli küç., Çinar Park Business Center
- Əmək haqqı: 1200-1500 AZN (Əmək haqqının miqdarı namizədin malik olduğu bacarıq və biliklərə görə dəyişir)

Maraqlanan namizədlər mövzu yerində “Data Analitik” yazmaqla öz CV-lərini hr@aisco.az ünvanına göndərə bilərlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department