Sağlamlıq

“Britaniya” ştammı ABŞ-da sürətlə yayılır

“The Washington Post” nəşri ABŞ-da “Britaniya” ştammının sürətlə yayılması barədə dərc edilməyən araşdırmadan qısa məlumatlar yayımlayıb.

Bu barədə “ENA” nəşrə istinadən xəbər verir.

Mütəxəssislər hesab edir ki, COVID-19-un yeni ştammının yayılma sürəti digərlərinə nisbətən 35-45 faiz çoxdur. Bundan başqa “Britaniya” ştammı ölüm hallarının artmasına təsir göstərir və eyni zamanda daha çox yoluxucudur.

Bildirilib ki, ABŞ hökuməti COVID-19-a yoluxma və virusun yaratdığı xəstəlik nəticəsində yaranan ölüm hallarının minimuma endirmək üçün təcili və qətiyyətli addımlar atmaldır.

Bununla birlikdə, elm adamları yaradılan peyvəndlərin insanı infeksiyadan qorumağa kömək etdiyinə diqqət çəkiblər, sosial məsafəni qorumaq və qoruyucu maskalar taxma qaydalarının effektivliyini də qeyd ediblər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)