Neft bahalaşır - SON QİYMƏT
Dünya birjalarında neftin qiyməti artıb.
ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin qiyməti 0,23 ABŞ dolları və ya 0,42% artaraq 54,99 dollar təşkil edib.
ICE London qitələrarası birjasında "Brent" markalı neftin qiyməti isə 0,27 dollar və ya 0,47% artaraq 57,73 dollar təşkil edib.
Bizi Telegram-dan izləyin! https://t.me/s/enaxeber