Maduro “Sputnik V” peyvəndinin 100 faiz təsirli olduğunu bildirib
“Rusiyanın koronavirusa qarşı “Sputnik V” peyvəndi Venesuelada aparılan klinik sınaqlarda 100 faiz effektiv təsir göstərib”.
Bu barədə Venesuela Prezidenti Nikolas Maduro “Twitter”də yayımlanan müsahibəsində bildirib.
Maduro əlavə edib ki, ölkəsində Rusiya istehsalı olan peyvəndin ciddi fəsadları qeydə alınmayıb.