Sosial iqtisadiyyat

Bakı metrosu açılışa hazırlaşır

"Bakı Metropoliteni" QSC xüsusi karantin dövründə işə cəlb olunmayan əməkdaşlarını 1 fevraldan işə cəlb edir.

Məlumata görə, bütün əməkdaşlara, maşinistlərə xidmət göstərdikləri stansiya üzrə işdə olmaq tapşırığı  verilib. Bunun metronun fəaliyyətinin bərpasına hazırlıq çərçivəsində edildiyi vurğulanır.

ENA.az xəbər verir ki, məsələ ilə bağlı qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-a deyib ki, bu, yoxlama xarakteri daşıyır:

"Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 1 fevraldan sonra qərar verilməsi gözlənilir. Metro açılacaq, açılmayacaq, açılacaqsa hansı tarixdən açılacaq, bu, Operativ Qərargahın qərarına bağlıdır".

O deyib ki, qərar veriləcəyi təqdirdə, metro açılışa tam hazırdır.

Qeyd edək ki, Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə keçirilən sonuncu brifinqdə 15 fevraldan ali məktəblərdə əyani dərslərin bərpa olunacağı anonsu verilib. Nazir dərslərin başlayacağı təqdirdə metronun fəaliyyətinin bərpa olunacağını qeyd edib.

Bizi Telegram-dan izləyin! https://t.me/s/enaxeber

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)