Rəsmi

Bu halda protokolu Qida Təhlükəsizliyi Agentliyi yazacaq - FƏRMAN

Azərbaycanda rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin sayı artırılıb.

Bununla bağlı Prezident İlham Əliyev “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb.

İnzibati Xətalar Məcəlləsinin 221.8-ci (Üzərində və onların istifadəsi təlimatlarında (içlik vərəqələrində) “dərman vasitəsi deyildir” sözləri yazılmayan bioloji fəallığa malik qida əlavələrinin istehsalına, idxalına və ya satışına görə) maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol yazmaq səlahiyyəti Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) adından – Agentliyin sədri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, regional bölmələrin rəhbərlərinə məxsus idi.

Dəyişikliyə əsasən, "bölmələrin rəhbərləri” sözləri “bölmənin rəhbəri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi” sözləri ilə əvəz edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)