Bakı Şəhər İcra Hakimiyyəti də inzibati bina tikdirmək istəyir - KOTİROVKA
Bakı Şəhər İcra Hakimiyyətinə məxsus "Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC paytaxt meriyasının digər tabeli strukturları üçün yeni inzibati binanın tikintisinə dair layihə-smeta sənədlərinin hazırlanması üçün kotirovka sorğusu elan edib.
Sorğuda iştirak etmək istəyənlər təkliflərini fevralın 1-i, saat 11:00-a qədər şirkətin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 18 ünvanına təqdim edə bilərlər.
Maraqlanan təşkilatlar (012) 496-52-05 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.