Axtar

Putinə gizli sarayı ilə bağlı sual verildi: “Mənə məxsus deyil”

Rusiya prezidenti müxalifətçi blogger Aleskey Navalnının araşdırması ilə bağlı suala cavab verib.

ENA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Putin araşdırmada iddia olunduğu kimi Gelincik şəhərində təmtəqarlı sarayının olması barədə iddiaları rədd edib.

“Orada qeyd olunan əmlak nə mənə, nə də mənim yaxınlarıma məxsus deyil. Filmin özünə baxmamışam, vaxtım yoxdur. Bu barədə şayilərə əvvəldən var idi, uyğun fürsət düşən kimi vətəndaşların beynini yumaq üçün ortaya atdılar. Araşdırma montajdır. Mən heç vaxt bizneslə məşğul olmamışam”- deyə Putin cavab verib.

Xatırladaq ki, Aleksey Navalnının araşdırması zamanı Putinin Qara dəniz sahillərində 100 milyard rubl dəyərində saray və köməkçi tikililər inşa etdiyi iddia olunurdu.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33