BİZNES

Azərbaycanda 52 xarici müəssisə ləğv edilib

Statistik vahidlərin (fərdi sahibkarlar istisna olmaqla) sayı 6.3% artaraq 2021-ci il yanvarın 1-i vəziyyətinə 155 435 olub.

ENA.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2020-ci ildə 9 619 statistik vahid (kommersiya təşkilatı) yaradılıb, 417 vahid isə ləğv edilib.

Ötən il 1 190 xarici müəssisə (100% xarici  investisiyalı) yaradılıb, 52-i isə ləğv edilib. 2019-cu ilin müvafiq dövründə isə yaradılan xarici müəssisələrin sayı 2 882 idi. Belə ki, xarici müəssisələrin sayı illik 2.4 dəfə azalıb.

2020-ci il ərzində yeni yaradılmış statistik vahidlərin 98.2 faizi xüsusi mülkiyyətli (o cümlədən 12.4 faizi tam xarici investisiyalı, 1.6 faizi birgə mülkiyyətli), 1.8 faizi isə dövlət mülkiyyətli müəssisələrin payına düşür.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)