SOCAR-dan kiçik sahibkarlar üçün TƏKLİF
TƏKLİFLƏR ÜÇÜN TƏLƏB
Nəzərdə tutulur: müəyyən edilmiş regionlarda müəyyən kənd təsərrüfatı layihələrini həyata keçirəcək şirkət
Layihə təklif forması 11 fevral yerli vaxtla saat 13:00-dan gec olmayaraq aşağıdakı elektron ünvana göndərilməlidir:
si@socarmidstream.az
SOCAR və onun tərəfdaşları, maraqlı tərəfləri Azərbaycanda Cənubi Qafqaz boru kəmərinin keçdiyi seçilmiş bölgələrdə müəyyən kənd təsərrüfatı fəaliyyətlərinin həyata keçirilməsi üçün layihə təkliflərini təqdim etməyə dəvət edir. Qeyd etmək lazımdir ki, SOCAR Sosial Sərmayə təşəbbüsləri çərçivəsində həyata keçirilir və Kürdəmir, Ağdaş, Ucar, Yevlax bölgələrində yaşayan insanların sosial və iqtisadi vəziyyətinin yaxşılaşdırılması və kiçik sahibkarlıq ekosisteminin inkişafının təmin edilməsi məqsədi daşıyır. Sosial Sərmayə təşəbbüsləri SOCAR və onun tərəfdaşlarının fəaliyyətindən təsirlənən ərazilərdə uzunmüddətli sosial və iqtisadi inkişafı təşviq etmək üçün davamlı şəkildə həyata keçirilən təşəbbüslərdir.
Hədəf qrupu
20 yaşdan yuxarı məcburi köçkünlər, şəhid ailələri, müharibə veteranları, təqaüdçü və ehtiyatda olan hərbçilər və yerli aztəminatlı ailələr layihənin əsas hədəf qrupudur. Layihədən faydalanacaq şəxslərin ümumi faiz nisbətinin ən azı 50% -nin qadınlardan ibarət olması tövsiyyə olunur.
Xidmətlər
Kənd təsərrüfatı, istixanaların quraşdırılması və arıçılıq sahəsində geniş təcrübə və biliklərə malik olan dövlət qeydiyyatından keçmiş hüquqi şəxslərdən gələn ərizələrin qəbulunu açıq elan edirik.
Layihə hədəflərinə çatmaq üçün seçilmiş təşkilatın aşağıdakı xidmətləri göstərməsi gözlənilir:
- 100 ailə üçün hər birinin sahəsi 100 m2 olan istixanaların quraşdırılması. Layihənin fəaliyyətlərindən yararlanacaq 100 ailənin hər birinə 10 arı ailəsi və arı yeşikləri və müvafiq arıçılıq alət dəstinin paylanması;
- Seçilmiş icmalarda layihə haqqında informasiya kampaniyasının təşkil edilməsi və layihədən faydalanacaq şəxslərin seçim prosesinin təşkili;
- Layihəyə seçilmiş şəxslərin gələcəkdə bizneslərini uğurlu planlaması və idarəetməsinə dəstək olmaq üçün maliyyə savadlılığı və biznesin idarə edilməsi mövzularında təlimlərin təşkili;
- Seçilmiş bölgələrdə bal istehsalının artmasına dəstək olmaq üçün 35.000 apifilik (zəngin nektar istehsalına səbəb olan) bitkilərin əkilməsi;
- Arıçılıq və istixana əkini sahəsi üzrə texniki və peşə təlim proqramı, təlim vəsaitinin (kurrikulum) hazırlanması və təlimlərin təşkil olunması;
- Arıçılıq, istixana əkini, biznes planlaması və idarəetməsi ilə əlaqədar müəyyən bir müddəti əhatə edən məsləhət və mentorluq xidmətinin təşkili.
Layihə müddəti
Layihə 2021-ci ilin aprel ayından etibarən fəaliyyət göstərəcək. Nəzərdə tutulan fəaliyyətlər 2022-ci ilin dekabr ayından öncə tamamlanmalıdır. Mövcud pandemiya səbəbilə layihəni həyata keçirən təşkilatın üzləşə biləcəyi məhdudiyyətlər olduğu halda bu nəzərə alınacaq və təşkilata bununla bağlı müvafiq dəstək göstəriləcək. Koronavirus pandemiyası layihənin həyata keçiriləcəyi müddətə qədər davam edərsə, layihənin təhlükəsiz şəkildə həyata keçirilməsi üçün SOCAR Sosial İnvestisiyalar komandası seçilmiş ərizəçi ilə bağlı yaranmış vəziyyəti bir daha nəzərdən keçirəcək.
Layihə təklif formasının təqdim olunması ilə bağlı təlimat:
Yazacaqları layihə təklif formasında təşkilatlar aşağıdakıları qeyd etməlidir:
- həyata keçirilməsi planlaşdırılan biznes və peşə təlimlərinin davam etmə müddəti və mövzuları;
- layihənin həyata keçirilməsi və dayanıqlılığının təmin olunması ilə bağlı yanaşma və bunun əsaslandırılması;
- təklif ediləcək məhsulların adı və növü haqqında məlumat və təqdim olunan hər bir xidmət və məhsul üzrə müvafiq xərclər;
- nəzərdə tutulan digər xərclər;
- məntiqi çərçivə matriksi (lofgrame), monitorinq və qiymətləndirmə planı; uyğun indikatorlar (həm keyfiyyət, həm kəmiyyət); genderə həssas həyata keçirmə və qiymətləndirmə planı, kommunikasiya və görünürlülük planı; gözlənilən risklər və risklərin azaldılması strategiyaları; layihədə maraqlı tərəflərin təhlili; icra planı (aylara görə)
Qiymətləndirmə kriteriyaları:
Layihə təklifləri aşağıdakı meyarlara görə qiymətləndiriləcək:
- İştirakçılıq: təklif olunan fəaliyyətlərin dizaynı, planlaşdırılması, icrası və monitorinqində yerli icmaların, hakimiyyət orqanlarının və qurumların yüksək səviyyədə iştirakını təmin etmək;
- İnnovasiya: Yerli hədəf qruplarına, SOCAR və onun tərəfdaşlarına uzunmüddətli fayda verə biləcək innovativ yanaşmanın təqdim olunması;
- Dayanıqlılıq: SOCAR və onun tərəfdaşlarının maliyyəsi xaricində layihənin davamlılığının və maliyyə etibarlılığının təmin olunması üçün hədəf qrupuna uzun müddətli, əsaslı və tətbiq edilməsi real həll yollarının təklif edilməsi;
- Layihə əməliyyat komandası: təklif olunan fəaliyyət və iş proqramını başa çatdırmaq üçün uyğun peşəkar bilik və bacarıqların olduğunu göstərmək; Bu baxımdan, müraciət edənlər aşağıdakı təsdiqedici sənədləri təqdim etməlidirlər: 1) son beş ildə ərizəçi tərəfindən həyata keçirilmiş müvafiq fəaliyyətin xülasəsi 2) tərcümeyi-hal və ya işin həyata keçirilməsinə cavabdeh şəxslərin peşəkar özkeçmişlərinin qısa xülasəsi;
- Potensialın artırılması: hədəf qrupunun potensialının artırılması məqsədilə əhəmiyyətli bilik və məlumatların ötürülməsi; təklif olunan bilik, nəticələr və metodların daha geniş tətbiq olunma və gələcək layihələrdə istifadə olunma imkanı;
- Qiymətin təhlili: tapşırığı yerinə yetirmək üçün lazım olan fəaliyyətləri nəzərə alaraq məqbul və ağlabatan qiymətlərin təklif olunması;
- Monitorinq və qiymətləndirmə: Layihənin öz hədəflərinə müvəffəqiyyətlə nail olunması və uğurun necə izlənə və ölçülə bilən olmasının açıq şəkildə ifadə edilməsi;
Monitorinq və Qiymətləndirmə
Məntiqi çərçivə matriksi (logframe) əsasında obyektiv yoxlanıla bilən indikatorlar yaradılacaq və həmin indikatorlar hər ay yoxlanılacaq. Layihənin müqavilədə razılaşdırılmış qayda və şərtlərə uyğun olaraq həyata keçirilməsindən əmin olmaq üçün mütəmadi olaraq ərazi monitorinq səfərləri həyata keçiriləcək.
Ödəniş şərtləri:
Büdcədə üçün nəzərdə tutulan məbləğ AZN ilə ödəniləcək. SOCAR orijinal sənəd və fakturalar təqdim edildiyi halda, qənaətbəxş yoxlanış hesabatı və tələb olunan məhsullar alındıqdan sonra ödənişi 30 gün ərzində bank hesabı vasitəsilə həyata keçirəcək. Nəzərinizə çatdırmaq istərdik ki, layihə təklifi formasının hazırlanması üçün edilən bütün ödənişlər və çəkilən xərclər təklif formasını təqdim edən təşkilat tərəfindən qarşılananmalıdır. SOCAR layihə təkliflərinin hazırlanması üçün edilən hər hansısa bir xərcə görə məsuliyyət daşımır.
Son müraciət tarixi: 11 Fevral 2021-ci il, saat 13:00-dək
Yalnız qeyd olunan tarixə kimi si@socarmidstream.az ünvanına göndərilən və ingilis dilində yazılmış ərizələr nəzərdən keçiriləcək. Ərizənizi təqdim etməzdən öncə zəhmət olmasa əmin olun ki:
- bütün tələb olunan sənədləri qeyd olunan elektron ünvana göndərmisiniz;
- təqdim edəcəyiniz sənədlər tamamlanıb və oxunaqlıdır;
- sənədlər bütün rəsmi tələblərə cavab verir.