Dünya birjalarında neft ucuzlaşır
Dünya birjalarında Brent neftinin qiyməti azalıb.
ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin qiyməti 0,26 ABŞ dolları və ya 0,49% artaraq 53,24 dollar təşkil edib.
ICE London qitələrarası birjasında "Brent" markalı neftin qiyməti isə 0,19 dollar və ya 0,34% azalaraq 55,89 dollar təşkil edib.
Qeyd edək ki, neft qiymətlərinin ucuzlaşma səbəblərindən biri, Cümə axşamı Amerika Neft İnstitutunun (API) keçən həftə ABŞ ehtiyatlarında artım göstərdiyini göstərən məlumatlardır.
Digər tərəfdən Çində daha əvvəl Avropada aşkar edilmiş yeni bir koronavirus növünün yayılması fonunda qlobal neft tələbatının azalma ehtimalı ilə bağlı qorxular artmaqdadır.