Birja

Neft ucuzlaşır: alıcıların nikbinliyi azalıb

Bazar ertəsi günü neft qiymətləri ABŞ dollarının möhkəmlənməsi fonunda düşdü. Üstəlik, treyderlərin dünyada COVID-19-a yoluxmada artımın davam etməsi səbəbiylə neftə olan tələbin yaxşılaşması ilə bağlı nikbinliyinin azalması qiymətləri saldı.

Bloomberg yazır ki, Çində 2020-ci ildə ÜDM-də gözləniləndən daha çox artım göstərməsi neft qiymətlərindəki enməni bir qədər  məhdudlaşdırır.

London birjasında ICE Futures bazar ertəsi Brent markalı neftin bazar ertəsi günü səhər 9:20-dək qiyməti 54,56 dollar/barel təşkil edir ki, bu da əvvəlki sessiyanın sonundakı qiymətdən 0,54 dollar (0,98%) azdır. 15 yanvar tarixli ticarət nəticəsində bu müqavilələr 1,32 dollar (2,3%) azalaraq bir barel üçün 55,1 dollara düşmüşdü.

New York Ticarət Birjasında (NYMEX) elektron ticarətdə Fevral ayı üçün WTI xam neftinin fyuçerslərinin qiyməti bu vaxta qədər bir barel üçün 51,91 dollar təşkil edir ki, bu da əvvəlki ticarət səviyyəsindən 0,45 dollar (0,86%) azdır. Cümə günü fyuçerslər 1.21 dollar (% 2.3) azalaraq bir barel üçün 52.36 dollara düşmüşdü.

Ötən həftənin sonunda Brent 1,6%, WTI isə 0,2% bahalaşdı. ÇXR Dövlət Statistika İdarəsinin (CSO) məlumatlarına görə, Çin iqtisadiyyatı 2020-ci ildə 2,3% genişləndi. Dördüncü rübdə ÜDM 6,5% artaraq böyüməni böhrandan əvvəlki səviyyəyə qaytardı. Mütəxəssislər 2020-ci ildə Çin ÜDM-də orta hesabla 2,2%, oktyabr-dekabr aylarında isə 6% artacağını proqnozlaşdırdılar. Bu arada ÇXR-də sənaye istehsalının həcmi dekabr ayında 7,3% artmışdır.

“Bazar üçün əsas hadisə ABŞ-ın yeni seçilmiş prezidenti Joe Biden-in andiçmə mərasimi olacaq və investorlar elan etdiyi yeni təşviqləri nə qədər tez tətbiq edə biləcəyi ilə maraqlanırlar” deyə Bloomberg mütəxəssisləri yazırlar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)