Ermənistana yeni müdafiə naziri təyin olunub
![](https://ena.az/uploads/news/2021-01/_ena_21ced7cf96d5627b13fc48599_o.jpg)
Ermənistanın Rusiyadakı keçmiş səfiri Suren Saakyan ölkənin müdafiə naziri təyin edilib.
ENA.az xəbər verir ki, təyinatla bağlı sərəncamı Ermənistanın baş naziri N. Paşinyan imzalayıb.
Saakyan 1999-2002-ci illərdə Ermənistanın Rusiyadakı səfiri vəzifəsini icra edib və 2002-ci ildə Rusiyanın Dostluq Ordeni ilə təltif edilib.