Rusiya Açıq Səma Müqaviləsindən çıxır
Rusiya Açıq Səma Müqaviləsindən çıxmaq üçün daxili prosedurların icrasına başlayıb.
“ENA” xəbər verir ki, məlumatı Rusiya Xarici İşlər Nazirliyinin saytı yayıb.
Nazirlik məsələ ilə bağlı yaydığı açıqlamada bildirib ki, hazırlıq başa çatdıqdan sonra tərəflərə bildiriş göndəriləcək.
Qeyd edək ki, Açıq Səma Müqaviləsi 1992-ci il martın 24-də Helsinkidə imzalanıb. Müqaviləyə qoşulan dövlətlər potensial və faktiki hərbi fəaliyyətlər haqqında məlumat toplamaq üçün müqavilənin digər tərəflərinin əraziləri üzərində müşahidə uçuşları həyata keçirə bilərlər.
Bu müqvilə 2002-ci ildən qüvvədədir. Sənəd iştirakçılara bir-birinin silahlı qüvvələri və hərbi tədbirləri sahəsində informasiya toplamağa imkan verir.
ABŞ artıq müqavilədən çıxıb.