Rusiya Qarabağa əl qoya bilərmi? – Türkiyə mediası yazır
Qarabağ məsələsi ilə bağlı 3 ölkə başçısının Moskva zirvəsi görüşündən sonra Türkiyəni Azərbaycana bağlayan xəritənin Rusiya mediasına çıxması Dağlıq Qarabağ məsələsini bir daha gündəmin ən pik mövzusuna çevirib. ENA.az olaraq Rusiyada çıxan bu xəritəni əsas foto olaraq oxucularımıza təqdim edirik (rus mediası ənənəsini pozmayaraq Xankəndini yenə də Stepanakert adlandırıb- red). Bugün bu xəritə və Rusiya siyasətçilərinin fikirlərinə Türkiyənin tanınmış iqtisadi resursları da xüsusi yer veriblər. Borsagundem-in topladığı maraqlı fikirləri təqdim edirik.
Resursun yazdığına görə, kommunikasiyalarla bağlı xəritənin çıxması və 11 yanvar zirvəsi Ermənistanda yeni bir siyasi təlatümə səbəb olub. Ermənistanın yerli mediası olan Zhoghovurd qəzeti müharibədən sonra Ermənistanda diqqətməkən proseslərin baş verdiyini və bəzi Milli Təhlükəsizlik Xidməti işçilərinin siyasətçilərin əmrlərini rədd etdiyini yazıb.
Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın bir araya gəldiyi sammitin nəticələri isə Yerevanda böyük məyusluq yaratdı. Ermənistanın ilk ombudsmanı və Qanuni Zorakılığa Qarşı Vətəndaş Cəmiyyəti Təşkilatının rəhbəri Larisa Alaverdyan "Tək müsbət hal danışıqların davam etməsidir. Danışıqlar olarsa müharibə olmayacaq" deyir.
"Qloballaşma və Regional Əməkdaşlıq Analitik Mərkəzi”nin rəhbəri Stepan Grigoryan “Ermənistanın ən böyük narahatlığı məhbusların və girovların azadlığa buraxılmasıdır. Digər məsələlərin bizim üçün nə qədər vacib olduğunu söyləmək çətindir"dedi. BBC-yə danışan politoloq Stepan Grigoryan, "Erməni tərəfi üçün digər bir vacib məsələ Dağlıq Qarabağın statusu ilə bağlı danışıqlara başlamaqdır. Bu da baş vermədi" dedi.
Baş nazir Paşinyanı sərt tənqid edən Stepan Qriqoryanın sözlərinə görə, vəziyyət Rusiya tərəfindən idarə olunur və Moskva hazırda çox güclü olan Azərbaycanən tərəfindədir: "Bu gün Rusiya demək olar ki, vasitəçilik etmir, Azərbaycan tərəfindədir. Buna təəccüblənirəm. Həm Vladimir Putin, həm də Xarici İşlər Naziri Sergey Lavrov bu mövqeyi tutdu".
9 Noyabrda imzalanan razılaşma ilə 10 Noyabr 2020-ci il tarixində silahların susumasına "Rusiya ikinci Qarabağ müharibəsində necə məğlub oldu?" başlığı verən Rusiya Strateji və Texnoloji Analiz Mərkəzinin rəhbəri Konstantin Makiyenko isə "Qarabağ müharibəsi Rusiya ilə yanaşı Ermənistan üçün də fəlakətlə nəticələndi" fikrindədir.
"Uğurlu bir vasitəçilik və sülhməramlı qüvvələri yerləşdirməkdən ibarət olan aldadıcı bir xarici siyasət zəfərinin incə pərdələrin arxasından, çox yaxında acı bir gerçək ortaya çıxacaq. Uğurlu və istədiyini qoparan Türkiyənin prestiji isə əksinə, çox böyük bir şəkildə yüksəldi”.
Rus düşüncə mərkəzinin rəsmisi Makiyenko, yaxın beş ildə Rusiyanın, Ermənistan tərəfindən belə tanınmayan kağız üzərindəki Dağlıq Qarabağın idarəetməsini ələ keçirə biləcəyini iddia etdi. Açılan yeni səhifədə ən böyük meydan oxumağın Qarabağın status-kvosunun qorunması və möhkəmləndirilməsinin olacağını deyən Makiyenko, həll yolunun Rus diplomatikası və ordu güclərinə bağlı olmadığını, nəticəni Rusiya və Türkiyənin birləşməsinin ortaya qoyacağıını yazdı.
Türkiyənin ötən 10 ildə müdafiə sistemini modern silahlarla yenilədiyini deyən Rusiyalı mütəxəssis, 44 günlük müharibəsə Türkiyənin silahlı insansız hava vasitələri (NCV) və ordu birliklərinə keçdiyi təlim nəticəsində Azərbaycanın qələbə çaldığını söylədi. Makiyenko, Türk istehsalı olan SİHA'ların türklər tərəfindən istifadə edilməsinə dair kiçik şübhələrin olduğunu da iddia etdi.
Makiyenko, ermənilərin gələcəklə bağlı bədbin olduğunu və heç kim tərəfindən tanınmayan Dağlıq Qarabağ rəhbərliyinin kağız üzərində göstərdiyi səylərin ağır bir zərbə aldığını vurğuladı, ancaq Rusiya ordusunun ermənilər üçün yeganə ümid ola biləcəyini müdafiə etdi. Rusiyalı mütəxəssis, ermənilərə yüksək texnologiya ilə təchiz edilmiş bir ordu yaratmağı, İsrail kimi super hərbiləşdirməyi təklif etdi.
Rusiyanın "Sputnik" nəşrinin erməni versiyasında da "Kommersant"dan sonra bölgədəki dəmir yollarını göstərən bir xəritə yayımlandı. Russian Ria News, 9 noyabr razılaşması ilə Laçın dəhlizində yerləşdirilən 1960 Rusiya sülhməramlının Dağlıq Qarabağdakı fəaliyyətini göstərən bir video yayımladı. Rusiya mətbuatı daha əvvəl bölgədə yerləşdirilən əsgərlərin təlimlərinin videolarını yayımlamamışdı. Ria News-un bu sujeti bir ilkdir.
Telegram-dan izləyin! https://t.me/s/enaxeber