“ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağla bağlı yenə də rol oynaya bilər”

“Birgə bəyanat Minsk prosesi çərçivəsində illər ərzində hazırlanan fikir və prinsipləri böyük ölçüdə ehtiva edir. Lazım olsa ATƏT-in Minsk Qrupu yenə də rol oynaya bilər”.
“Anadolu” agentliyinə istinadən verilən xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Kürəsəl Media” jurnalına müsahibəsində Dağlıq Qarabağla bağlı suala cavabında deyib.
O qeyd edib ki, həmsədrlər konstruktiv olmalı və keçmişdə baş verənlərdən dərs almalıdırlar.
Telegram-dan izləyin! https://t.me/s/enaxeber