Daha çox inflyasiyasiya ərzaq məhsullarında qeydə alınıb
2020-ci ildə Azərbaycanda orta illik inflyasiya 2019-cu ilin yekunları üzrə 2,6%-ə qarşı 2,8% təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, həmçinin, 2020-ci ildə ərzaq məhsulları üzrə orta illik inflyasiya 5%, qeyri-ərzaq malları üzrə - 1,3%, xidmətlər üzrə - 1% təşkil edib.
DSK-nın məlumatına görə, 2020-ci ilin dekabr ayında Azərbaycanda inflyasiya noyabrda 0,5% səviyyəsində inflyasiyaya qarşı 0,8% təşkil edib. Həmçinin, dekabrda ərzaq məhsullarına artım 1,8%, qeyri-ərzaq malları 0,1% bahalaşıb, baxmayaraq ki, xidmətlər üzrə qiymətlər dəyişməyib.
İqtisadiyyat Nazirliyi 2020-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiyanı 2,8% səviyyəsində proqnozlaşdırıb.