“AGRICO” MMC işçi axtarır - MAAŞ 1000-1200 MANAT
“AGRICO” MMC
Vəzifə: Satınalma üzrə mütəxəssis (Procurement Specialist)
Əsas vəzifə öhdəlikləri:
• Satınalma sifarişlərinin qəbulu və təmin olunması;
• Tələb olunan mallar üzrə sifarişlərin hazırlanması;
• Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tender və təklif sorğularının keçirilməsinin təşkil edilməsi,
• sistemdə mövcud olan sifarişlərin təhlili və bazarın təhlili, tələb olunan materialların xarici bazarda araşdırılması.
• Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması;
• Təchizatçı tərəflərlə işgüzar yazışma və danışıqların aparılması;
• Qiymət araşdırılması və tenderlərin həyata keçirilməsi;
• Müqavilələrin hazırlanması və nəzarətdə saxlanılması, müqavilədə-kommersiya şərtlərinin müəyyən olunmasına nəzarət olunması;
• Rəhbərlik tərəfindən verilmiş mövzu ətrafında tədqiqatların aparılması və nəticələr barədə hesabatın hazırlanması və rəhbərliyə təqdim olunması;
• Xarici nümayəndəliklərlə razılıq əsasında müqavilələrin hazırlanması prosesində iştirak;
• Müqavilənin icrasına aid olan bütün sənədlərin dövriyyəsinə nəzarət edilməsi;
• Struktur daxili müfaviq hesabatların hazırlanması.
Namizədə dair tələblər:
• Ali iqtisadi təhsil;
• Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi
• Azərbaycan və ingilis dillərində səlis danışıq və yazı qabiliyyəti (rus dili arzuolunandır);
• MC ofis proqramlarında sərbəst işləmə qabiliyyəti;
• Komandada işləmə bacarığı;
• Danışıqların aparılması bacarığı, təchizatçıların arasında düzgün seçim etmək bacarığı
• Bazarı təhlil etmək bacarığı;
• Yüksək kommunikasiya və biznes ünsiyyət bacarığları;
• Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
İş şərtləri:
- 6 günlük iş rejimi
- Ünvan: Binəqədi ş. Mədən küç., 4 (Xırdalan)
- Ə/h: 1000-1200 azn net
- Korporativ nömrə
Maraqlanan namizədlər mövzu yerində “Procurement specialist” yazmaqla öz CV-lərini hr@agrico.az ünvanına göndərə bilərlər.