Sosial iqtisadiyyat

2021-ci ili necə düzgün planlaşdırmaq olar

İl ərzində hansı hadisələrin baş verdiyini xatırlayın və dörd addıma 2021-ci il üçün yeni plan tərtib edin.

Nələrə ehtiyacınız olacaq

– 3 saat boş vaxt. Yaxşı olar ki, heç kim sizə mane olmasın və diqqətinizi yayındırmasın.

– Böyük vərəq və stikerlər. Əlbəttə ki, kompüter və ya planşetdən də istifadə edə bilərsiniz.

– Qələm və rəngli markerlər.

– Gündəlik, təqvim və il ərzində baş verənləri xatırlamaq üçün lazım olan digər əşyalar.

– Yaxınlarınız. İstəsəniz, bütün tapşırıqları təkbaşına yerinə yetirə bilərsiniz, lakin müzakirələr aparmaq sizin üçün daha faydalı olacaqdır.

Addım 1. Ötən ili təhlil edin

Smartfondakı şəkilləri, gündəlikdəki qeydləri, təqvimi, yaxınlarla yazışmaları bir daha nəzərdən keçirin. Ötən ildə nələr yaşadığınızı xatırlayın. Yaxşı olar ki, buna ən azı bir saat vaxt ayırasınız.

Aşağıdakı suallara cavab verin:

1. İlin əsas hadisələri hansılardır? Hansı hadisələr qürur, sevinc və ya sevgiyə səbəb olub?

2. Hansı çətinliklərlə üzləşdiniz? Hansı hadisələr qəzəb və ya məyusluq hissini doğurub?

3. Bu il sizə nəyi öyrətdi? Özünü və başqaları haqqında nə başa düşdünüz?

Qeyd edək ki, hər bir suala üç dəqiqədən çox vaxt ayrılmamalıdır. Əgər suallara yaxınınızla birgə cavab verirsinizsə, yatırladığınız hadisələrin sizin münasibətlərə necə təsir göstərdiyini müzakirə edin.

İndi isə böyük vərəqdə və ya kompüterdə aşağıdakıları təsvir edin:

– 5 ən vacib hadisə. Özünüzü təbrik edin (istəsəniz, qələbələrinizi dostlarınızla qeyd edə bilərsiniz);

– 5 çətinlik. Onların geridə qaldığına sevinin və bir daha bu barədə düşünməyin;

– 5 dərs. Bəzi insanlar zamanın özü-özünə avtomatik olaraq müdrikliyə çevrildiyini düşünürlər. Xeyr. Hər şeyi özünü etməlisiniz.

Addım 2. Hal-hazırkı həyatınıza qiymət verin

Daha dəqiq desək, həyatın hansı sahələrində hər şeyin qaydasında olduğunu, hansılarında isə daha çox çalışacağınızı müəyyənləşdirin. Hər bir sahəni 1 – 5 bal arasında qiymətləndirin: 1 – heç qane etmir, 5 – tam qane edir.

Məsələn, sahələr bunlar ola bilər: sağlamlıq, ailə, incəsənət, karyera, maliyyə, emosional durum və s. Bu və ya digər sahəyə niyə yüksək və ya aşağı bal verdiyinizi təhlil edin. Nələr çatışmır? Nə dəyişirilməlidir? Əgər qiymət yüksəkdirsə, onu bu səviyyədə saxlamaq üçün nə etməliyəm?

Addım 3. 2021-ci il üçün əsas hədəflərinizi seçin

Üç dəqiqə ərzində aşağıdakı sualları cavablandırın:

1. Nəyə nail olmaq istəyirsiniz? Nə öyrənmək istəyirsiniz? Ağlınıza gələn hər bir şeyi yazın. Bu sizin ən böyük siyahınız olacaq.

2. Siyahıdakı hansı 3-5 bənd sizin üçün daha böyük əhəmiyyət kəsb edir? Bu sizin qısa siyahınız olacaq.

Yenidən ikinci siyahıya qayıdın və fikirlərinizi konkretləşdirin – tarix və ya rəqəm əlavə edin. Bundan sonra motivasiyanın müəyyənləşdirilməsinə keçə bilərsiniz. Hər bir məqsəd üçün üç motivasiya mənbəyini tapın. Əgər şəxsi biznesə başlamaq istəyirsinizsə, motivasiyanız bunlar ola bilər: risk etmək istəyi, əlavə gəlir mənbəyi, buna qadir olduğunuzu sübut etmək arzusu və s. Əgər səbəbi bilsəniz, hədəfə doğru irəliləmək daha asan olacaq.

Addım 4. İstiqamətinizi seçin

Reallığa uyğun gələcək hərəkət planını tərtib edin. Bunun üçün aşağıdakılara diqqət etməyiniz lazımdır:

– Açar nöqtələr. Hər üç aydan bir yeni “nöqtə” seçin. Beləliklə, düzgün istiqamətdə olub-olmadığınızı dəqiq biləcəksiniz.

– Yeni bacarıqlar. Məqsədlərinizə çatmaq üçün hansı yeni bilik və bacarıqlara ehtiyacınız olacaq?

– Əlaqələr. Kimlərlə tanışlıq münasibətini qurmalısınız? Kim sizi ilhamlandıra bilər?

– Zərərli vərdişlər. Nələrdən imtina etməli olacaqsınız?

Bununla da planlaşdırmanı yekunlaşdırmış olursunuz. Çalışın vərəqləri hər zaman gözünüzün önündə saxlayasınız və nailiyyətlərinizi unutmayasınız.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)