Sosial iqtisadiyyat

Ceyhun Bayramov Pakistana gedir

Yanvarın 13-14-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasına rəsmi səfərə yola düşəcək.

Bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində yanvarın 13-də Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirlərinin 2-ci üçtərəfli görüşünün keçirilməsi nəzərdə tutulur. Yanvarın 14-də isə xarici işlər nazirinin Pakistanın yüksək səviyyəli rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department