BİZNES

“PAŞA Holdinq” texnologiya şirkətinə daha 1 milyon manat “maya qoyub”

“PAŞA Holdinq” MMC-yə məxsus “PASHA Technology” MMC-nin nizamnamə kapitalı daha 1 milyon manat və yaxud 7,6 % artırılıb.

“ENA” xəbər verir ki, şirkətin kapitalı 13 100 100 manatdan 14 100 100 manat çatdırılıb.

Xatırladaq ki, “PASHA Technology” 2018-ci ildə yaradılıb. Şirkət holdinqin törəmə şirkətlərini informasiya texnologiyaları xidmətləri, "Cloud Computing", kiber təhlükəsizlik əməliyyatları və məlumatların emalı mərkəzinin idarə edilməsi xidmətləri ilə təmin edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)