Bakı Fond Birjasnda - YENİ TƏYİNAT
Azərbaycanda bank sektorunda təcrübəyə malik olan Emil Babayev Bakı Fond Birjasına təyinat alıb.
ENA.az Banker.az-a istinadən xəbər verir ki, O, 2021-ci ilin yanvarından başlayaraq BFB-da Biznesin İnkişaf Qrupuna rəhbərlik edəcək.
E.Babayev 2020-ci ilin oktyabrına qədər Azərbaycan Beynəlxalq Bankında İpoteka şöbəsinin müdiri vəzifəsində çalışıb.
O, bundan daha əvvəllər isə Azərbaycan İpoteka Fondunda və bağlanmış banklar “Dekabank” və “Kredobank”da İdarə Heyəti sədrinin müavini kimi çalışmışdır.
Xatırladaq ki, BFB-nin sturukturunda 5 qrup vardır. Bunlar, Ticarət üzvlük, İT, Ümumi işlər, Maliyyə idarəetmə və Biznesin inkişafı qruplarıdır.