Departament rəhbəri Sumqayıtda yeni şirkət yaradıb
Azərbaycanda vəzifəli şəxs yeni şirkət təsis edib.
ENA.az Banker.az-a istinadən xəbər verir ki, yeni şirkətin adı “SS Park” Məhdud Məsuliyyətli Cəmiyyətdir.
Eləcə də bax: Azərbaycanda 30 milyonluq şirkət ləğv olundu
Bu şirkətin nizamnamə kapitalı 280 194 manat və qanuni təmsilçisi Hacıyev Seymur Əliyəddin oğludur.
Bildirək ki, Hacıyev Seymur Əliyəddin oğlu 27 may 1976-cı ildə Bakı şəhərində anadan olub. 1993-1997-ci ildə Bakı Dövlət Universitetinin “İqtisadiyyat” ixtisası üzrə bakalavr təhsil pilləsini bitirib. 1997-1999-cu ildə Bakı Dövlət Universiteti “İqtisadiyyat” ixtisası üzrə fərqlənmə ilə magistr təhsil pilləsini bitirmişdir.
Hal-hazırda “GM Construction” MMC-nin “Ümumi işlər üzrə departament”in rəhbəri vəzifəsində işləyir.
Onu da qeyd edək ki, “SS Park” MMC-nin hüquqi ünvanı Sumqayıt şəhəri, Kimyaçılar ünvanında fəaliyyət göstərəcək.