Azərbaycanda 30 milyonluq şirkət ləğv olundu

Azərbaycan bazarını daha bir şirkət tərk etdi.
ENA.az xəbər verir ki, “Azərtütün” MMC ləğv olunduğunu elan edir.
!@#
Kreditorlar iki ay ərzində tələblərini Az1006 Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 125 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Azərtütün” MMC 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 30 111 978 manatdır və qanuni təmsilçisi Fazil Rüstəmov Əli oğludur.











