Elm və Texnologiya

Elon Musk, Tesla.com domeninin qiymətini açıqladı

2016-cı ildə Elon Musk, Tesla.com adlı domeni Stu Grossman-dan almışdı. Həmin vaxtda Musk-ın bu domeni hansı qiymətə aldığı məlum deyildi. Bir neçə gün öncə isə Musk domenin qiymətini açıqladı. Beləliklə Musk həmin domeni 11 milyon dollara almışdı. O həmçinin qeyd edib ki, TeslaMotors.com domeni onun xoşuna gəlmirdi. Onun sözlərinə görə Tesla.com domeni şirkətin inkişafına çox müsbət təsir göstərdi və onun həmin vaxtda buna yatırdığı vəsait artıq özünü doğruldub.

 

 

    Tesla üçün bu domenin arzuolunan olması və Musk-ın sözlərinə görə müqavilənin bağlanmasının uzun və çətin olmasına baxmayaraq, yenə də o, domeni məhkəmə yolu ilə deyil sülh yolu ilə almağı seçdi. Qeyd etmək lazımdır ki, Tesla qeydiyyatdan keçirilmiş ticarət nişanına sahibdir və domeni məhkəmə yolu əldə etmək istəyi halında şirkət bunu arqument kimi istifadə edə bilərdi. Lakin Nissan.com domeni ilə vaxtı ikən baş vermiş məşhur hadisədən sonra qərbdən olan sahibkarlar domenləri məhkəmə yolu ilə deyil sülh yolu ilə almağa üstünlük verirlər.

Qeyd etmək lazımdır ki, vaxt ikən Nissan şirkəti Nissan.com domenini əldə etmək hüququndn həmişəlik məhrum oldu. Belə ki, şirkət həmin domeni məhkəmə yolu ilə əldə etmək istəyirdi. Lakin məhkəmə həmin məsələdə domen sahibinin lehinə çıxış edəndən sonra domen sahibi Nissan.com-u heç bir məbləğ qarşılığında satmağa razı olmadı. Bununla yanaşı domen sahibi Nissan.com-da şirkətin antireklamını da yerləşdirdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)