Bank

Mərkəzi Bank "dollar alovu"nu səngitmək üçün hərəkətə keçdi: Banklara daha çox dollar satdı

Bu gün banklardan ikisi dolların alış kursunu qaldırıblar, bir bank isə satış kursunu 1.7035-ə qədər yüksəldib. Tələbatın artmasına baxmayaraq, hərracın keçirildiyi Bloomberg terminalına nəzarət edən Mərkəzi Bank bankların dollara olan tələbatını ödəməyə çalışır.  

"BI" daxildəki "insayderlər"inə istinadən xəbər verir ki, bugünkü hərracda 95 milyon 300 min dollar satılıb. Ümumilikdə hərraca 21 sifariş daxil olub və bunlardan ikisi 20 milyon dollar tələbi ilə böyük məbləğlər olub. 

O da məlumdur ki, ilin yekununa yaxın artan dollar tələbatına əhalinin "devalvasiya qorxusu" da əlavə olunduğundan əlindəki son manatını belə dollara çevirməyə çalışanlar artıb. Bankların bəzilərinin filiallarındakı dollar tam satıldığından hətta müştərinin tələbini ödəməyənlər də olub. Lakin günortadan sonra bankların dollar satışı ilə bağlı çətinlikləri aradan qalxıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department