Hesabatlar

Əcnəbilərin bank kartları ilə Azərbaycanda apardıqları əməliyyatlar kəskin azaldı

Koronavirus pandemiyası ilə bağlı yaranan vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib, mart ayından başlayaraq bu sahədə azalmaya səbəb olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın dekabr sayına görə, bunun nəticəsində noyabrda xarici vətəndaşların bank kartları vasitəsilə ölkəmizdə apardıqları əməliyyatların dəyəri 23,2 milyon manat təşkil edib.

Yanvar-noyabr aylarında isə əcnəbilər bank kartları ilə 402,3 milyon manatlıq əməliyyatlar aparıblar. Halbu ki, 2019-cu ilin eyni dövründə bu gösətrici 1164,1 milyon manat təşkil edirdi. Bu isə o deməkdir ki, 702 milyon manatlıq bir azalma baş verib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)