Sənaye

Abonentlərə qazın satışını hansı qurum həyata keçirəcək?

Əhali və qeyri-əhali abonentlərinə qazın satışını əvvəlki kimi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi həyata keçirəcək.

Bu barədə "ENA"ya İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov məlumat verib.

Bildirilir ki, bu günədək SOCAR həm təbii qazın hasilatını, həm də təbii qazın daxili bazarın istehlakçıları və paylayıcılarına (“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti, “Azəriqaz” İstehsalat Birliyi və Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti) satışını həyata keçirirdi.

"Nazrlər Kabinetinin dünənki qərarında qeyd edilən tarixdən sonra isə satış prosesinin tənzimlənməsi artıq "Azərkontrakt" ASC tərəfindən həyata keçiriləcək. Başqa hər hansı dəyişiklik yoxdur. "Azərkontrakt" ASC təbii qazın topdan satışı ilə məşğul olacaq. Əhali və qeyri-əhali abonentlərinə isə təbii qazın satışını əvvəlki kimi "Azəriqaz" İB həyata keçirəcək. Dünyanın əksər ölkələrində topdan satış və paylayıcı şirkətlər ayrı-ayrı fəaliyyət göstərir. Bunu qaz təsərrüfatı sahəsində bizim respublika üçün də yeni bir islahat hesab edə bilərik", - C.Səfərov bildirib.

Geyd edək ki, dekabrın 28-də Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının daxilində təbii qaz təchizatının təşkil edilməsi haqqında" qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikasında daxili bazarda təbii qazın 2021-ci il 1 yanvar tarixdən etibarən qaz istehsalçılarından satın alınması, onun nəqlinın, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil olunması Azərbaycan Respublikasının Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)