Bank

Azərbaycan banklarının məcmu aktivləri 30 milyard manatı keçib

2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycan banklarının məcmu aktivi 30,74 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,05 faiz azdır.

ENA.az bu barədə Mərkəzi Bankın statistik hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, bankların aktivlərinin strukturunda verilən kreditlərin payı 46,5 faiz təşkil edib. Bu göstərici bir il ərzində 4 faiz azalaraq 14,3 milyard manata bərabər olub.

Nağd vəsaitlərin həcmi 15,4 faiz azalaraq 1,3 milyard manat təşkil edib. Qiymətli kağızlara investisiyalar 4,465 milyard manata bərabər olub. Bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 37 faiz çoxdur.

Uzunmüddətli aktivlərin strukturunda əsas vəsaitlərin payı ötən illə müqayisədə 25 faiz azalaraq 740,9 milyon manat təşkil edib. Qeyri-maddi aktivlər 133,7 milyon manata (20,3 faiz azalma) bərabər olub. Digər aktivlər 1,52 milyard manat təşkil edib. (Trend)

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department