Bank

Yelo Bank "Ən İnnovativ Korporativ Rebrendinq Strategiyası” mükafatını aldı

"Parlaq bankçılıq" şüarı ilə başlatdığımız rebrendinq prosesi bank üçün yeni inkişaf mərhələsinə keçid oldu. 2020-ci il ərzində xidmət şəbəkəmizi yeniləməklə bərabər, çoxfunksiyalı Yelo kartımızı, Yelo app mobil əlavə və internet bankçılıq xidmətlərimizi istifadəyə verərək müştərilərimizə də bu dəyişiklikləri hiss elətdirməyə çalışdıq. Yeniliklərin əsas məqsədi müştərilərin bankla əlaqədə olduğu hər dəqiqəni yeni bir müsbət təcrübəyə çevirməkdir.

Sevindirici haldır ki, işimiz və fikirlərimizə bağlılığımız diqqətsiz qalmadı. Maliyyə, qlobal iqtisadiyyat və banklar üzərində ixtisaslaşmış nüfuzlu beynəlxalq nəşr olan Capital Finance International (CFI.co) işimizi yüksək qiymətləndirdi və bizi "Ən İnnovativ Korporativ Rebrendinq Strategiyası - Azərbaycan 2020" nominasiyasında qalib elan etdi!

Hər il CFI.co iqtisadiyyatların inteqrasiyası və inkişafına əhəmiyyətli töhfə verən insanlar və təşkilatlar axtarışındadır. Mükafatın əsas məqsədi insanları daha yaxşı işlərə ilhamlandıran unikal halları müəyyənləşdirib, onları mükafatlandırmaqdır.

Bu sözlər, bank işinin gələcəyinə Yelo prizmasından baxışımızı mükəmməl şəkildə xarakterizə edir. Biz üzərimizdə işləməyə və müştərilərimiz üçün innovativ həllər tapmağa davam edəcəyik.

Yelo Bank – Parlaq Bankçılıq!

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department