Gömrük büdcə proqnozuna 101,5% əməl edib
"Bu günə olan məlumata görə, Azərbaycanın gömrük orqanları 3,83 milyard manat olan ilik büdcə proqnozuna qarşı 3,887 milyard manat gömrük rüsumu və vergi toplayaraq dövlət büdcəsinə köçürüb".
Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib.
“Bununla da, proqnoza 101,5% əməl olunub”, - deyə o, qeyd edib.