İnşaat və əmlak

Publik Hüquqi şəxs təmir işlərinə 42 min manat xərcləyəcək

"Enerji Məsələlərini Tənzimləmə Agentliyi" Publik Hüquqi şəxs iki tender elanı verib və hər iki tenderin qalibi eyni şirkət seçilib. ENA.az xəbər verir ki, Dərya LTD MMC şirkəti bir neçə inzibati binanın təmirinə 42 min 234 manat əldə edəcək. 

Bununla bağlı elan olunan tender nəticələrinə əsasən, Agentliyin Bakı, Lənkəran və Şəki filiallarının inzibati binalarının cari təmiri xidmətinin dəyəri 12144.94 AZN-dir, Agentliyin Gəncə və Kürdəmir filiallarının inzibati binalarının əsaslı təmiri xidmətinə 30090.52 AZN xərcləyəcək. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)