Birja

Türkiyənin faiz qərarından sonra dollar ucuzlaşmağa başladı

Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.

İclasda uçot dərəcəsi 2 faiz bəndi artıraraq 15 %-dən 17 %-ə çatdırılıb.

Xatırladaq ki, uçot dərəcəsi TMB-nin bu il yanvarın 16-da keçirilmiş iclasında 0,75 % azaldılaraq 12 %-dən 11,25 %-ə, fevralın 19-da keçirilmiş iclasında 11,25 %-dən 10,75 %-ə, martın 17-də keçirilmiş iclasında 10,75 %-dən 9,75 %-ə, aprelin 22-də keçirilmiş iclasında 9,75 %-dən 8,75 %-ə, mayın 21-də keçirilmiş iclasında isə 8,75 %-dən 8,25 %-ə endirilib, sentyabrın 24-də keçirilmiş iclasında 8,25 %-dən 10,25 %-ə, noyabrın 19-da keçirilmiş iclasında isə 10,25 %-dən 15%-ə qaldırılıb.

Faiz qərarından sonra lirə dollar qarşısında bahalaşmağa başlayıb. hazırda 1 Dollar 7,5777 lirə təşkil edir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)