Aqrar

Rusiya daha 12 Azərbaycan müəssisəsindən pomidor idxalına icazə verdi

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycanın daha 12 müəssisəsindən pomidor idxalına icazə verib.

“TASS”ın verdiyi məlumata görə, bunu “Rosselxoznadzor”un rəhbərinin müavini Anton Karmazin deyib.

Onun sözlərinə görə, pomidor Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin təminatı ilə Cənubi Afrika güvəsi aşkar edilməmiş Azərbaycan rayonlarından idxal ediləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)