"Bank Respublika"nın səhmdarları toplaşacaq
Yanvarın 27-də, saat 11:00-da “Bank Respublika” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Yığıncaq Bankın Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 21 ünvanında yerləşəm baş ofisində olacaq.
Yığıncağın gündəliyinə "Bank Respublika"nın builki fəaliyyətinin maliyyyə nəticələrinin müzakirə edilməsi, işçilərə mükafat ödənilməsi və digər məsələləri daxildir.
Xatırladaq ki, "Bank Respublika" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 73,461 milyon manatdır. Bankın səhmlərinin 51,15%-i Natiq Quliyevə (Müşahidə Şurasının üzvü), 16,6%-i Almaniyanın DEG İnvestisiya və İnkişaf Korporasiyasına, 15,06%-i Elçin Quliyevə (Müşahidə Şurasının üzvü), 7,41%-i Namiq Quliyevə, 5,45%-i Şakir Rəhimova (Müşahidə Şurasının sədri), 4,25%-i Almaniyanın "Sparkassen International Development Trust" şirkətinə, 0,08%-i isə adları açıqlanmayan fiziki və hüquqi şəxslərə məxsusdur.