Sığorta

“Azərbaycan Sənaye Sığorta” növbədənkənar yığıncaq çağırdı

Yanvarın 25-də, saat 11:00-da “Azərbaycan Sənaye Sığorta” ASC-nin (ASS) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Yığıncaq şirkətin Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 122 ("Gümüş Plaza") ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə ASS-nin səhmdarlarına dividend ödənilməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, ASS 2008-ci ildə yaradılıb. Şirkət 1996-cı ildən sığorta bazarına daxil olmuş “Cİ Sığorta” MMC-nin hüquqi varisidir. Onun nizamnamə kapitalı 11 milyon manatdır. Şirkətin səhmlərinin 75%-i “Anadolu İnvestment Company” MMC-yə, 25%-i isə “Azərbaycan Sənaye Bankı” ASC-yə məxsusdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)