MALİYYƏ

"Devalvasiyanın olması xəbərləri boş söhbətlərdir"

“Azərbaycanda devalvasiyanın olacağı barədə səsələnən fikirlərin heç bir əsası yoxdur”.

Bunu açıqlamasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, indiki halda belə söhbətlərə cəfəngiyatdır:

“Hamı qələbəyə köklənib. Devalvasiyanın olması xəbərləri boş söhbətlərdir”.

“2020-ci il pandemiya ilə mübarizə çərçivəsində keçib. Bütün bunların Azərbaycan iqtisadiyyatına da təsiri olub. Ancaq görülən tədbirlər nəticəsində makroiqtisadi sabitlik təmin edilib”.

Onun sözlərinə görə, ölkənin strateji valyuta ehtiyatları il ərzində sabit qalıb: “Mərkəzi Bankın valyuta ehtiyyatları isə ilin əvvəlindən 3 fazi artıb”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)