"PAŞA Bank" qızıl külçə almaq üçün "AzerGold"a sifariş verib
"PAŞA Bank" ASC "AzerGold" QSC-nin istehsal etdiyi qızıl külçələrə investisiya qoyacaq.
Bunun üçün dövlət şirkətinin Daşkəsən rayonundakı Çovdar Filiz Emal Sahəsindən çıxarılan xam qızıl İsveçrənin Mendrisio şəhərindəki qızıl emalı fabrikinə göndəriləcək.
Emal prosesi başa çatdıqdan sonra hazır külçələr əks istiqamətdə daşınaraq Azərbaycan bankına çatdırılacaq.
Alqı-satqı predmeti olan qızılın həcminin nə qədər olacağı açıqlanmır. Sifarişin gələn ilin fevral ayından başlayaraq 1 il müddətində yerinə yetirilməsi nəzərdə tutulub.