Qeyri-Bank

FINOKO kapitalını artırmaq üçün səhm buraxacaq

Azərbaycanın bank olmayan kredit təşkilatı FINOKO BOKT-un səhmdarları15 yanvar 2021-ci il tarixində fövqəladə ümumi yığıncaq keçiriləcək. BOKT-un elanında deyilir: "İclasda BOKT-un manat və dollar istiqrazları ilə yanaşı, yeni səhmlər emissiya etməklə nizamnamə kapitalının artırılması məsələsini müzakirə etmək planlaşdırılır".

Məlumata görə, 1 dekabr 2020-ci il tarixinə BOKT-un nizamnamə kapitalı 4,855 milyon manat, cəmi kapitalı 8 milyon 282,836 min manatdır.

Xatırladaq ki, FINOKO BOKT ASC 2014-cü ilin sentyabr ayında fəaliyyət göstərmək üçün lisenziya alıb. Təşkilatın səhmdarları iki şəxsdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)