Elm və Texnologiya

Türkiyənin səsdən sürətli PUA-sı

Türkiyənin Aerokosmik Sənayesi tərəfindən hazırlanan "Göksunqur" dünyanın ən sürətli PUA-sı hesab olunur. Saatda təxminən 1600 km sürətlə uça bilən bu PUA, F-16 və F-4 döyüş təyyarələrində istifadə olunan Gökdoğan və Bozdoğan raketləri ilə də təchiz ediləcəkdir.

Göksungurun özünü F-16 döyüş təyyarəsi olaraq radarda göstərməsi və qarşısındakı radarları aldatması üçün cihaza sahib olması da gözlənilir.

"Göksunqur" hava hücumundan müdafiə radarlarını aldatmaq iqtidarında olacaq.

Peyklə idarə ediləcək və səsdən sürətli Göksunqurun ilk uçuşu 2021-ci ildə reallaşacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department