Sənaye

Keçmiş direktor holdinqdəki daha bir vəzifəsini itirdi

“Synergy Group” MMC-nin keçmiş direktoru Rauf Axundov holdinqə daxil olan “Synergy Construction” MMC-nin direktoru vəzifəsindən də azad edilib.

Onun yerinə hələ ki, təyinat olmayıb.

Xatırladaq ki, R.Axundov “Synergy Group”un rəhbərliyindən bu ay kənarlaşdırılıb. Holdinqə rəhbərlik Elnur İsgəndərova həvalə olunub.

Xatırladaq ki, “Synergy Group” 2010-cu ildə yaradılıb, Azərbaycanda qeyri-neft sektorunda fəaliyyət göstərən ən iri özəl holdinqlərdən biridir. Onun nizamnamə kapitalı 50 milyon manatdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)