Sənaye

Sumqayıt Kimya Sənaye Parkının rezidenti kapital itirdi

İqtisadiyyat Nazirliyinə məxsus Sumqayıt Kimya Sənaye Parkının rezidenti STDC MMC nizamnamə kapitalını 11 169 176 manat, yaxud 3,7 % azaldıb.

Şirkətin kapitalı 299 milyon 488 min 430 manatdan 288 319 254 manata düşüb.

Azalma təsisçilərdən birinin əmlakını geri götürməsi ilə bağlıdır.

Xatırladaq ki, STDC 2016-cı ildə yaradılıb. Şirkət ABŞ və Avropada istehsal olunmuş avadanlıqlarından istifadə etməklə müxtəlif tipli informasiyaların emalı, saxlanılması və ötürülməsi, informasiya təhlükəsizliyinin təmin olunması sahəsində beynəlxalq və yerli müştərilərə xidmət edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)