Bitkoin uçur: $23770
Dünyanın aparıcı kripto valyutası olan Bitcoin-in qiyməti 23.770 dolları keçərək yeni tarixi zirvəsinə çatdı. ENA.az xəbər verir ki, rəqəmsal pullar mart ayından bəri yüksəliş trendini davam etdirir.
Təkcə son bir ayda bitkoin 16% bahalaşıb. Bahalaşmaya səbəb isə investorların rəqəmsal pullara yatırım etməsidir.
Sputnik-in hesabatına görə, Bitcoin-in bazar həcmi 400 milyard dolları keçdi.
Noyabr ayında rekord qiymət - 19,800-ə çatan Bitcoin mövqeyini qoruya bilmədi və 17.000 dollara düşdü.
Kriptovalyuta mütəxəssisləri, Bitcoin-in 2021-ci ildə 50.000 ilə 200.000 dollar arasında yüksələcəyini gözlədiklərini açıqlayırlar. Ancaq bu rəqəmlər o qədər inandırıcı görünmür.