Qarabağ

Putin: “Qarabağın yekun statusu gələcəkdə müəyyənləşməlidir”

Rusiya prezidetni mətbuat konfransında Qarabağ münaqişəsinə də toxunub. 

“Vəziyyət nəzarətdən çıxdı. Gərginlik uzun illər ərzində davam edirdi. Düşünümrəm ki, kənar müdaxilələr müharibəyə yol açıb. Bizim mövqeyimiz Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılmasından ibarət idi”.

Putin Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu xatırladıb.

"Bütün Dağlıq Qarabağ beynəlxalq hüquqa görə, Azərbaycan ərazisidir. Amma problem beynəlxalq sənədlərdən də mürəkkəbdir. İnsanlar daha ölmür, bu əsasdır. Qalan məsələlər ikinci dərəcəlidir".

Putin münaqişənin gələcək perspektivindən də danışdı.

"Dağlıq Qarabağla Ermənistan arasında mütləq quru sərhədi olmalıdır. Buna görə, Laçın dəhlizini yaratdıq. Qarabağın statusu gələcəkdə müəyyənləşəcək. Atəşkəsdən sonra növbəti mərhələ bütün regionda münasibətlərin normallaşması, Naxçıvanla avtomobil əlaqəsinin bərpası olmalıdır. 

Putin 10 noyabr razılaşması günü tərəflərin durduğu mövqelərdə qalmasını vacib şərt sayır. O həmçinin, beynəlxalq həmsədrlərin sözdən əmələ keçərək fəal olacaqlarına ümidini ifadə edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)