“Müşahidə nöqtələri Azərbaycanın göstərdiyi yerlərdə olacaq”
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “TV24” kanalına müsahibəsində Qarabağda Rusiya-Türkiyə birgə müşahidə mərkəzinin qurulması və müşahidə məntəqələrinin yerləşmə məsələsinə də toxunub.
Çavuşoğlu müsahibəsində müşahidə nöqtələrinin Azərbaycanın müəyyən etdiyi yerlərdə qurulacağını bildirib.
“Müşahidə məntəqələri Dağlıq Qarabağ bölgəsinə çox yaxın nöqtələrdə yerləşəcək. Rusiya ilə imzaladığımız memorandumda açıq şəkildə qeyd olunub ki, müşahidə nöqtələri Azərbaycanın göstərdiyi yerlərdə olacaq. Ev sahibi haranı göstərərsə, müşahidə nöqtələri orada olmalıdır”,- deyə Çavuşoğlu qeyd edib.