Əhalinin pul gəlirləri və bankdakı əmanətləri azalıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 50 173,1 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,3% azdır.
Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 2% azalaraq 5 029 manata düşüb. Əhalinin banklardakı əmantətləri 7 milyard 870,3 milyon manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə əmanətlərin həcmi 10,7% azalıb.