Azərbaycanda icbari tibbi sığortanın ƏDV-dən azad edilmə müddəti artırılır
Azərbaycanda icbari tibbi sığortanın əlavə dəyər vergisindən (ƏDV) azad edilmə daha 1 il artırılır.
Bu, “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, “Tibbi sığorta haqqında” qanuna uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi 2020-ci il yanvarın 1-dən etibarən 2 il müddətinə ƏDV-dən azad edilir. Hazırda sözügedən müddət 1 il, yəni bu ilin sonuna qədərdir.