Birja

Neftin qiyməti ucuzlaşır: ABŞ ehtiyatlarının artdığını elan etdi

COVID-19 peyvəndlərinin tətbiqi ilə əlaqədar nikbinlik və ABŞ-da yeni stimul paketi sayəsində neft qiymətləri bir gün əvvəl 9 ayın ən yüksək səviyyəsinə yüksəldikdən sonra bu gün az da olsa ucuzlaşdı.

ABŞ neft ehtiyatlarında keçən həftə 1,97 milyon barel artım göstərdi və bu hazırda neft qiymətlərinə təsir edir.

London ICE Futures birjasında fevral ayı Brent markalı neftin qiyməti Çərşənbə günü səhər 10:10-ə qədər 50,69 dollar / barel təşkil edir ki, bu da əvvəlki sessiyanın sonundakı qiymətdən 0,09 dollar (0,15%) azdır. Çərşənbə axşamı günü edilən ticarət nəticəsində bu müqavilələr 0,47 dollar (0,9%) artaraq barel üçün 50,76 dollara yüksəldi və bu, 4 martdan bəri ən yüksək səviyyəyə çatdı.

New York Ticarət Birjasında (NYMEX) elektron ticarətdə WTI xam neftinin yanvar ayı fyuçerslərinin qiyməti isə 47,57 dollar / barel təşkil edib ki, bu da əvvəlki ticarət səviyyəsindən 0,05 dollar (0,12%) azdır. Bir gün əvvəl fyuçerslər 0,63 dollar (% 1,3) bahalaşaraq barel üçün 47,62 dollara yüksəldi ki, bu da 26 fevraldan bəri ən yüksək dəyərdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)